Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib





A+  A-

ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə amerikalı sahibkar İlon Maska hücum edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti Donald Trampın sabiq müşaviri Stiven Bennona istinadən məlumat yayıb.

Məlumata görə, Tramp və Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində tərəflər arasında mübahisə baş verib.

Maliyyə naziri Bessent Maskı büdcəni 1 trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə ittiham edib və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.

Qəzet, Ağ Evin mətbuat katibi Kerolayn Livittin də adıçəkilən şəxslər arasında qarşıdurma yaşandığını təsdiqlədiyini yazıb.

Məhz bu hadisədən sonra Maskın gözünün altında qançır yarandığı bildirilir.

Xəbər 2310 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +