Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


05.12.2022  09:54 

Səfərlər, qrantlar, qonorarlar, ad-san...





A+  A-

Əlisa Nicatın acınacaqlı durumu mənə illər öncə verdiyim bir qərarı xatırlatdı. 1998-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturaya qəbul olunmuşdum. Yaxşı da oxuyurdum. Belə demək olarsa, perspektivli gənc alim ola bilərdim. Elmi rəhbərim də mərhum Elməddin Əlibəyzadə idi.

Nə isə, oxudum, bir çox imtahanları da verdim. Amma günün birində düşündüm ki, eyvah, mənim axırım nə olacaq? Bu düşüncəmə səbəb isə hər dəfə İnstituta gedəndə otaqlardakı yaşlı və çox hörmətli alimlərin halını görməyim idi.

Adamların hərəsi bir dəyər idi. Doğrudan da elm aləmində sayılıb-seçilən, öz işlərini yaxşı bilən şəxsiyyətlər idi. Amma nə yazıq ki, onların az qala hamısının əynində ən yaxşı halda 10 ilin pencəyi olurdu. Nimdaş geyinirdilər. Hiss olunurdu ki, ehtiyac içində yaşayırlar.

Əlbəttə, o dəyərli insanların bu durumu məni narahat etməyə bilməzdi və öz gələcəyimi də belə təsəvvür edəndə dəhşətə gəlirdim. Ona görə aspiranturanı oxusam da qərara gəldim ki, bu işin başını buraxım. Müdafiə eləmədim. Ümumiyyətlə elm sahəsindən uzaqlaşdım, daha çox praktik işlərə meylləndim.

Sonra qarşımda böyük perspektivlər açıldı. Səfərlər, qrantlar, böyük məbləğdə qonorarlar, ad-san. Beləcə o çətin mərhələni arxada qoyaraq həm sevdiyim işlərdə irəli getdim, həm də AMEA-nın tozlu otaqlarında toz içində qalmaqdan qurtuldum.

İndi bunları ona görə yazıram ki, bəziləri Əlisa Nicata görə az qala bütün Azərbaycan xalqını ittiham edir ki, yazıçıya, alimə niyə yaxşı baxılmır? Hətta bir az da irəli gedib hər kəsi, o cümlədən məni də ittiham edirlər. Deyirlər ki, Əlisa Nicat bu gündədirsə hər birimiz günahkarıq.

Niyə, ay balam?

Əlisa Nicat, ya bir başqası vaxtında düzgün strategiya qura bilməyibsə, ondan ən azı 30 il sonra dünyaya gəlmiş mənim nə günahım var? Yaxud niyə məni günahkar elan etməlisiniz? Adam özü vaxtında seçimini-yolunu düzgün müəyyən edəydi, yaşlananda da gəlib kiməsə möhtac olmazdı da. Yəni hər kəs öz taleyinin hakimidir.

Əgər siz getdiyiniz yolun uğursuz sonuclanacağını vaxtında görə bilmirsinizsə, bunun günahkarı nə cəmiyyət, nə dövlət, nə də başqa, həm də dəxli olmayan fərdlər deyil. Hər kəs öz taleyinin məsuliyyətinə görə cavabdehliyi özü daşıyır. Ona görə də, lütfən, dəxli olmadan hamını ucdantutma ittiham etməyin.

Mənim vaxtında ağlım çatdı ki, o tozlu otaqlardan başqa bir şey vəd etməyən yoldan imtina edim. Əlisa Nicat da edəydi. Etməyib, bu yolu seçibsə, biz də onun seçiminə hörmətlə yanaşmalı, buna görə kimsəni ittiham etməməliyik.

Sözardı: Əlisa Nicatı bəlkə də indiki gənclər tanımaz. Amma mən gənckən onu tanıyırdım və bu günə kimi yadımda antitürk mövqeli biri kimi qalıb...

Azər Həsrət

Xəbər 2438 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +