Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


03.03.2021  15:06 

Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir





A+  A-

Rus sülhməramlıların nəzarəti altında olan Dağlıq Qarabağdakı ermənilərin sıx yaşadığı ərazilərə əcnəbilərin girişinə icazə verilmir. İndi Qarabağın bu bölgələrinə daxil olmaq istəyən əcnəbilərin siyahısı əvvəlcədən rus sülhməramlılarına təqdim olunmalıdır.
XəzərNews.az xəbər verir ki, Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zareh Sinanyan “RİA Novosti”yə açıqlamasında bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini bildirib.

“Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problemlər yaşamağa başlayırlar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar həm də Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və bu yay bir çox insan Dağlıq Qarabağa getmək istədiyi halda, hazırki rejim səbəbindən bunu edə bilməyəcəklər”,- deyə Sinanyan qeyd edib.

Sinanyan bildirib ki, indiki qaydaya görə, Qarabağa səfərdən 7 gün əvvəl ərizə göndərmək lazımdır. Daha sonra Rusiya sülhməramlılarına siyahı göndərilir və onlar kimin girişinə icazə olub-olmadığına qərar verirlər.

“İndi pandemiyanın bitmədiyi və turizm mövsümünün başlamadığı üçün hələ ki, müraciətlər azdır. Ancaq getmək istəyənlər hələ də var, təşkilatların və ölkəyə girişi qadağan edilən insanların siyahısı var”,- deyə Sinanyan əlavə edib.

Xatırladaq ki, 9-10 noyabr bəyanatından sonra Ermənistanın bir neçə yüksək vəzifəli şəxsinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlər etməsi müzakirələrə səbəb olmuş, rəsmi Bakı bununla bağlı açıqlama da yaymışdı.

Bir neçə gün öncə Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında sözügedən məsələyə toxunmuşdu: “Yenə də deyirəm, bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addımlar atmırlar. Bu, bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə, bu məsələlər də tənzimlənəcək”.

Xəbər 7731 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +