Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


10.04.2018  14:49 

Bakıda parkomatlar hələ ləğv edilmir - SƏBƏBLƏR





A+  A-

“Bakıda Parklanma yerləri ilə bağlı dezinformasiya yayılmaqdadır. Guya parkomatlar ləğv olunur və s... Belə deyil və ola da bilməz”.
XəzərNews.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspert xatırladıb ki, "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsi və İXM-in 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir:

"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsi və İXM-in 127-2-ci maddəsi parklanma yerlərindən istifadə qaydalarını və bu qaydaları pozanların cərimələnməsi qaydasını müəyyən edir.

“Qanunun tələbinə əsasən, parklanma yerlərində DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan foto və ya video qeydiyyat funksiyalı xüsusi texniki vasitə olmalıdır. Həmin vasitə avtomobilin parklanma yerinə gəlmə vaxtını, onun nömrəsini, ödəniş edilib-edilmədiyini, orada qalma müddətini qeydə alıb real vaxt rejimində (on-line) DYP-yə ötürməlidir. Hazırda Bakının bəzi yerlərində parklanma yerlərində nəzarətçilərin əlindəki qurğunun nə DYP-yə inteqrasiyası, nə də qeyd olunan funksiyalarının hamısı var. Deməli, bu qurğular və onlardan istifadə qanunvericiliyin tələbinə uyğun deyil”.

Ə.Hüseynov deyib ki, ümumiyyətlə, parklanma yerlərində belə tələblərə cavab verən parkomat və ya başqa qurğu olsa da, onların hazırda qanunda göstərilən qaydada tətbiqi mümkün deyil. Səbəblər isə aşağıdakılardır:

“1. Nazirlər Kabineti parklanma yerlərinin təşkili və istifadəsi qaydalarını, eləcə də parklanma yerlərinin siyahısını müəyyən etməlidir (bunlar hələ müəyyən edilməyib).

2. Nazirlər Kabineti (və ya Tarif Şurası) parklanma yerlərindən istifadə haqqını müəyyən etməlidir (buda müəyyən edilməyib).

3. Nazirlər Kabineti parklanma yerləri yaxınlığında yaşayan sakinlər üçün ödənişsiz parklanma talonunun verilməsi qaydalarını müəyyən etməlidir (bu da yoxdur).

4. Ən başlıcası, 2 aprel 2018-ci il Fərmanına əsasən Bakıdakı bütün parklanma təsərrüfatı 2 ay müddətində Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Məncə bu təhvil- təslim başa çatdırılanadək parklanma yerləri ilə bağlı hər hansı bir yenilik olmayacaq.

Beləliklə, parklanma yerləri ilə bağlı yayılan bütün məlumatlar, xüsusən parkomatların ləğv edilməsi, yeni cərimələr və s. haqqında söhbətlər qanunvericiliyə uyğun deyil və əsassızdır”.

Xəbər 3410 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +