Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


26.04.2017  16:01 

“Bu, çox aşağılayıcı bir hərəkətdir” - Aydın Mirzəzadə





A+  A-

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Türkiyə barəsində çıxardığı monitorinqlə bağlı qərara münasibət bildirib.
Millət vəkili deyib ki, bu, Türkiyəyə qarşı qəbul edilmiş hüquqa zidd və ədalətsiz qərardır: “ Eyni zamanda Avropanın müəyyən dairələrinin Türkiyəyə qarşı artıq uzun müddətdir ki, apardığı antitürkiyə siyasətinin tərkib hissəsidir. Belə ki, ötən il Almaniya Parlamentinin uydurma soyqırımı tanıması, bir neçə ay bundan əvvəl Avropanın bir neçə ölkəsində Türkiyədə keçiriləcək referendumla bağlı təşkil edilən tədbirlər, hətta xanım nazirin zorla ölkədən çıxarılması , sonda isə tələsik hazırlanaraq prosedur qaydalarını pozaraq qərar qəbul edilməsi heç bir hüquq normasına uyğun gəlmir. Bu qərar Türkiyəni qeyri-demokratik olmaqda, insan hüquqlarını pozmaqda ittiham etməkdir. 13 il əvvəl monitoriq prosesindən çıxmış bir ölkəni yenidən monitorinq prosesinə qaytarmağın özü də çox aşağılayıcı bir hərəkətdir. Türkiyə bu gün Avropaya insan hüquqlarının qorunmasında nümunədir. Onlar unudurlar ki, Türkiyə dünya siyasətinin vacib iştirakçılarından biridir. Avropa Şurasının yaradanlardan biri Türkiyədir. Avropa Şurasının indiki nüfuza çatmasında Türkiyənin böyük rolu var.

Bununla belə, Türkiyədəki referenduma tələsik aşağı qiymət verilməsi, Türkiyənin insan hüquqlarını pozulmasında ittiham edilməsinin heç bir əsası yoxdur. Bu cür hərəkətlər Avropaya başucalığı gətirmir. Türkiyəsiz Avropanın heç bir inkişafı ola bilməz. Vaxtilə Azərbaycana da Avropa Şurası tərəfindən bu cür hərəkətlər edilib. Ona görə də biz də eyni taleyi yaşamış ölkə kimi Türkiyənin yanındayıq”.

(qafqazinfo.az)

Xəbər 3808 dəfə oxunub.




09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +