Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir





A+  A-

Bu gün İtaliyanın bir çox tanınmış nəşri UEFA Çempionlar Liqasının 5-ci turunun "Napoli" - "Qarabağ" matçına geniş yer ayırıb.

XəzərNews.az Qol.az-a istinadən xəbər verir ki, bu yazılarda Ağdam klubuna və onun baş məşqçisi Qurban Qurbanova ehtiram ifadə olunub.

"Corriere dello Sport" nəşrinin yazısında qeyd edilib ki, Q.Qurbanov “Maradona” stadionuna Napoli tarixini yaxşı bilən və sabah bütün “azzurri” mühitində qaçılmaz şəkildə hiss olunacaq bir ildönümünün - Dieqo Armando Maradonanın ölüm gününün- emosional yükünü dərk edən bir hörmətlə gəlib:

"Qarabağ"ın baş məşqçisi dünən keçirdiyi mətbuat konfransında bu mövzudan yayınmayıb. Artıq 17 ildir ki, Azərbaycan klubuna rəhbərlik edən Qurbanov müasir futbol üçün demək olar ki, bənzərsiz bir fenomendir. O, keçmiş münaqişə zonasını təmsil edən, amma futbol baxımından Bakıda böyüyən komanda ilə qurduğu yolun qürurunu daşıyır”.

İtaliyanın digər məşhur idman nəşri "La Gazzetta della Sport" isə bu matçı "bir qədər ekzotik görünən oyun" adlandırıb:

"Napoli"nin ən çətin dövrü artıq geridə qalmış kimi görünür. "Napoli" bir neçə gün əvvəl “Maradona” stadionunda "Atalanta"ya qalib gələrək dönüş etdi. Bu vacib qələbə Kontenin son vaxtlar yaşadığı narahat fikirləri dağıtdı. O, köhnə 3-5-2 sxeminə qayıdaraq sabitliyi və möhkəmliyi yenidən tapdı. Böyük ehtimalla bu düzülüş Çempionlar Liqasında da tətbiq olunacaq – həm komandanın qrupdan çıxmaq iddiasını gücləndirmək, həm də Avropada əldə edilən mənfi nəticələri yaddan çıxarmaq üçün.

Azərbaycan klubu isə bu mövsüm Çempionlar Liqasının ən böyük sensasiyalarından biridir: 4 oyunda 7 xal. Portuqaliyada "Benfika" üzərində qələbə, Bakıda isə "Kopenhagen"i məğlub etmək və "Çelsi"ni 2:2 hesabı ilə dayandırmaq. Əgər "Qarabağ" “Maradona”ndan da qələbə ilə dönə bilsə, indiyə qədər arzu kimi görünən mərhələ keçmə şansı real hədəfə çevriləcək".

Xəbər 917 dəfə oxunub.



08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +