Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


26.03.2018  12:45 

Afrində kütləvi məzarlıq aşkarlandı





A+  A-

Afrin şəhərinin Kiçik Meydan rayonunda iki il əvvəl PKK və PYD terrorçuları ilə döyüşlərdə öldürülən Azad Suriya Ordusunun döyüşçülərinin kütləvi məzarlığı aşkarlanıb.
XəzərNews.az-ın Anadolu agentliyinə istinadən xəbərinə görə, məzarlığının yeri barədə məlumat “Zeytun budağı” əməliyyatı nəticəsində ələ keçirilən terrorçuların dindirilməsi zamanı alınıb.

Dəqiq yeri üç günlük axtarışdan sonra müəyyən etmək mümkün olub.

Hazırda 59 meyitdən 29-nun şəxsiyyəti müəyyənləşdirilib. Qalıqların bir hissəsi Suriyanın şimalında Aazaz rayonunda yenidən basdırılıb.

Daha 30 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Azad Suriya Ordusu ilə terrorçular arasında döyüşlər 2016-cı ilin mayında Təl-Rifat şəhərindən şimalda Ayn Dakne yaşayış məntəqəsində baş verib.

Ayn Daknenin geri qaytarılması üçün hücuma keçən Azad Suriya Ordusu 80-ə yaxın döyüşçüsünü itirib.

Terrorçular onların meyitlərini qaytarmaqdan imtina ediblər.

Xəbər 3072 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +