Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


21.10.2017  13:17 

20 manata satdığı telefona görə 3.7 il həbs aldı





A+  A-

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluq və quldurluqda təqsirləndirilənlər – rus əsilli İqor Zubov və Alevtin Potapovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə proses yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Vaqif Mursaqulovun icraatında olan prosesdə qərar elan edilib.

Belə ki, 2016-cı il dekabrın 26-da İqor Zubov uşaqlıq dostu Alevtin Potapovla birgə Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində, qonşu məhəllədə yaşayan Fərhad Rüstəmovun qarşısını kəsərək ondan siqaret və pul tələb edib. Sonuncu pulu olmadığını söylədikdə İqor onun mobil telefonunu güclə dartaraq əlindən alıb. Sonra onu döyərək hadisə yerindən qaçıblar.

Zubov deyib: “Əlimi salıb şalvarının ciblərini axtardım, telefonunu götürdüm. Telefonu talamaq niyyətim yox idi, özümə məxsus sim-kartı salıb danışacaqdım. Fərhad mənimlə mübahisə etməyə başladı. Bu zaman Alevtin yaxınlaşıb Fərhadı itələdi. Fərhad da qaçıb getdi. Ondan götürdüyüm mobil telefonu 20 manata satdım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər biri 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi ilə hokum dəyişdirmədən qərarı qüvvədə saxlayıb.

Xəbər 3122 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +