Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


12.01.2023  11:01 

“Tofiq Yaqublunun səhhəti kritik vəziyyətdədir” - Qızı





A+  A-

“Hazırda Tofiq Yaqublunun səhhəti kritik vəziyyətdədir. Mən bildiyim qədəriylə bu, onun ən azı üçüncü aclığıdır. Vəziyyəti bundan öncəki aclığından da kritikdir və daha çox arıqlayıb. Həkim Adil Qeybulla mənə bildirdi ki, qanında o qədər tromplaşma var ki, ona çətinliklə sistem köçürülüb. Artıq ayaqyoluna belə özü gedə bilmir”.

XəzərNews.az xəbər verir ki, bunları “Amerikanın Səsi”nə açıqlamasında Milli Şuranın üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi deyib.

O bildirib ki, xəstəxanaya köçürülməsinə baxmayaraq, o, aclığı davam etdirir.

N.Həzinin sözlərinə görə, onlar T.Yaqublunun dövlət xəstəxanasında deyil, həkim Adil Qeybullanın müşayiətində olan xəstəxanaya köçürülməsini tələb ediblər, buna baxmayaraq atası başqa xəstəxanaya köçürülüb:

“Tofiq Yaqublunu bu hala sürükləyən dövlət qurumu özəl klinikada, Adil Qeybullanın müşayiəti altında olması üçün xərcləri qarşılamaqdan imtina edir. Həm Tofiq Yaqublunu bu hala salırlar, həm qida vermirlər, həm də buna etiraz edən və tələblər irəli sürən atamın vəziyyəti kritikləşib deyə qorxdular ki, ona orada hər an nəsə ola bilər, ölə bilər. Onlar məsuliyyətdən yayınmaq üçün dövlət xəstəxanasına yerləşdiriblər”.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Xəbər 2576 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +