Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


20.09.2022  17:42 

Lvovda UABD-nin toplantısı keçirilib - Fotolar





A+  A-

Ukraynanın Lvov şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib.

Bu barədə məlumatı XəzərNews.az-a UABD sədri Hikmət Cavad verib.

H.Cavad bildirib ki, toplantıda UABD-nin yerli fəalları ilə mövcud problemlər müzakirə edilib:

“Görüş zamanı Rusiyanın Ukraynada işğalçılıq siyasəti ilə bağlı azərbaycanlıların vəziyyəti müzakirə olunub. Hərbi təcavüz nəticəsində zərər çəkmiş azərbaycanlı ailələrə maddi yardım göstərilməsi, habelə Ukrayna ordusu sıralarında döyüşən Azərbaycan mənşəli Ukrayna vətəndaşlarına kömək məsələləri diqqət mərkəzində olub”.

UABD sədri qeyd edib ki, Ukraynada yaşayan soydaşlarımız Ermənistanla dövlət sərhəddində baş vermiş toqquşmalardan narahat olduqlarını bildiriblər:

“Görüşdə Ukraynanın erməni lobbisinin təsiri altına düşən bəzi tanınmış ukraynalı ictimai-siyasi xadimlərin Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham etmələri də narahatlıqla qarşılanıb. Ukrayna ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyan bu cür fikirlər görüş iştirakçıları tərəfindən qəti şəkildə pislənilib. Ukraynanın da separatçılıqdan əziyyət çəkdiyi, daha əvvəllər Azərbaycanda da olduğu kimi ərazi bütövlüyünün pozulduğu xatırlanıb. Baş verən hadisələrə dair obyektiv məlumatların Ukrayna ictimaiyyətinə çatdırılmasının vacibliyi qeyd olunub”.

UABD sədri H.Cavad bildirib ki, son günlər Azərbaycan – Ermənistan sərhəddində baş vermiş hərbi qarşıdurma fonunda Azərbaycana qarşı təbliğat dalğasının artmasına etiraz məqsədilə Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların yerli ofislərinə müraciət ünvanlanacaq.





Xəbər 1286 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +