Prezident fərman imzaladı
Rüstəm Talışinski məni hədələyərək... - Şikayət
İşsiz qalan tibb işçilərinə ŞAD XƏBƏR
Bir neçə gün sonra İrana hücum edəcəklər: ABŞ razılıq verdi?
Rusiya Bakını niyə hədələyir?
Su paylaşımında milyonlarla manatı necə itiririk?
İsrail İrana qarşı əməliyyat keçirməyə tam hazırdır
Rusiya FSB-si 15 yaşlı qızı terrora cəlb edib
Vüqar Qazıyev işdən çıxarıldı
Şahin Mustafayev təltif edildi


03.06.2022  17:14 

İlqar Məmmədov Prezident Administrasiyasında...





A+  A-

Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

XəzərNews.az xəbər verir ki, görüş zamanı şöbə müdiri ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, siyasi plüralizm, dövlət-partiya və partiyalararası münasibət, çoxpartiyalı siyasi sistemin inkişafına dövlət dəstəyi barədə söz açıb, son bir neçə ildə yeni partiyalarla yanaşı, REAL Partiyasının da dövlət qeydiyyatına alınması və bugünkü legitim fəaliyyəti, Milli Məclisdə təmsilçiliyi haqqında fikirlərini bildirib. Ölkə rəhbərliyinin təşəbbüsü ilə formalaşdırılan yeni siyasi konfiqurasiyanın nəticəsində bu gün hər bir siyasi partiya öz fəaliyyətində dövlət qayğısını hiss edir. Doqquz yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, partiyaların qərargahlarla təmin edilməsi, qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatı, müxalif siyasi şəxslərin media resurslarına maneəsiz çıxış imkanları, siyasi partiyaların ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsi, Vətən müharibəsi dövründə və ondan sonra 10 birgə bəyanat və müraciətə imza atması ölkəmizdə çoxpartiyalı siyasi sistemin, demokratik ənənələrin və fikir azadlığının inkişafının nəticəsidir.

Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır” tezisini xatırladan şöbə müdiri bu fikirlərin siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini qeyd edib.

İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən REAL Partiyasının sədri İlqar Məmmədov yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Azərbaycanda aparılan uğurlu siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyətinin genişləndiyini bildirən partiya sədri bu gün ölkəmizdə yaradılan və inkişaf etdirilən yeni siyasi konfiqurasiyanın gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını bildirib.

Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.

Xəbər 2068 dəfə oxunub.



12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?

12.06.2025  13:36 

Şahin Mustafayev təltif edildi

12.06.2025  12:20 

Sabahın havası açıqlandı

11.06.2025  11:16 

MAXE intihar etdi


BÜTÜN XƏBƏRLƏR +