Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


08.10.2021  22:49 

İlham Əliyev-Paşinyan görüşünə hazırlıq başladı





A+  A-

Həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Karbonnier ilə məsləhətləşmələr aparıb.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Bütün iştirakçılar beynəlxalq humanitar təşkilatların tam və maneəsiz işlərini icra etmələrinin vacibliyini qeyd ediblər.

BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüş çəçivəsində həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıb və mümkün deeskalasiya və humanitar tədbirləri, həmçinin məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması barədə humanitar tədbirləri müzakirə ediblər.

Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın həmsədrlərin iştirakı ilə görüşə hazır olduqları barədə açıq bəyanatlarını müsbət qiymətləndiriblər.

Yaxın gələcəkdə bölgəyə səfər etmək istəklərini ifadə edən həmsədrlər, tərəflərin belə bir görüşünün detallarını əlaqələndirməyi səbirsizliklə gözlədiklərini qeyd ediblər (APA).



Xəbər 2528 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +