Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


03.05.2017  23:21 

“Formula 1”in VİP bileti 5000 dollara satılır





A+  A-

"Bakıda keçiriləcək növbəti “Formula 1” yarışları ilə bağlı tikinti işləri plana uyğun olaraq gedir, hətta müəyyən olunmuş qrafikdən də sürətli aparılır ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə mane olmasın".
XəzərNews.az xəbər verir ki, bunu “Trend”ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
“Formula 1” yarışlarında bilet satışına gəlincə isə N.Arpadarai bildirib ki, artıq 48 ölkədən biletlər alınıb. O qeyd edib ki, biletlər kifayət qədər yaxşı satılır: "Filarmonia tribunasına biletlər tamamilə satılıb, artıq orada yer yoxdur, digər tribunalara da biletlər yaxşı satılır. Biletlərin qiyməti 60 manatdan 600 manata qədərdir. Həm bahalı, həm də ucuz biletlərdən kifayət qədər satılıb. Keçən ildən fərqli olaraq bu il biletlərin kateqoriyaları çoxdur. Məsələn, keçən il ancaq üç günlük biletlər idisə, bir günlük bilet ancaq cümə günü üçün idisə, indi artıq hər gün üçün ayrıca biletlər var, üç günlük biletlər var, uşaqlar üçün biletlər 30 faiz endirimlə satılır. Yəni indi biletlərin kateqoriyaları çox olduğu üçün insanlara daha rahatdır, özlərinə uyğun olan bileti seçə bilirlər".

VİP biletlərin satışına gəlincə isə N.Arpadarai bildirib ki, bu biletlər “Formula 1”in özü tərəfindən satılır: “Formula 1”də tribunalardan başqa "Paddock Club" deyilən bir yer var ki, o, Formula 1 avtomobillərinin dayanacağının üstündə, 2-ci mərtəbədə yerləşir. O yerlərin qiyməti kifayət qədər bahadır və o biletləri “Formula 1” özü satır. Bütün dünyada qayda belədir. Həmin biletləri daha çox iş adamları, şirkətlər alır. Qiyməti hər yerdə standart olur, təqribən 5 min dollara yaxındır".

Xəbər 1920 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +