Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


03.05.2017  20:17 

Rövnəq Abdullayevin oğlu istefa verdi





A+  A-

Bu gün Bayıl stadionunda "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Rəşad Abdullayev "Səbail"in I Divizionda çıxışının ilk ilində 2-ci yeri tutmasını qənaətbəxş nəticə kimi dəyərləndirib.

O, klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib. R.Abdullayev bildirib ki, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri səbəbindən klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə Müşahidə Şurasına müraciət edib. Y.Həsənovun xahişi müsbət dəyərləndirilib. "Səbail"in inkişafı naminə görülən işlərlə əlaqədar Yusif Həsənova təşəkkürünü bildirən R.Abdullayev onu xüsusi diplomla təltif edib. Y.Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.

Daha sonra R.Abdullayev qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, "Səbail"in icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. R.Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib.

R.Abdullayev "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, AFFA prezidenti Rövnəq Abdullayev “Səbail”in Premyer Liqaya çıxacağı təqdirdə oğlunun istefa verəcəyini açıqlamışdı:

“Səbail” Premyer Liqaya çıxan kimi, o, istefaya gedəcək. Mən burda ola-ola, Rəşad Premyer Liqa klubunun prezidenti ola bilməz”.

Xəbər 1541 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +