Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


05.04.2017  14:10 

Formula 1 yarışı üçün tikintilərə yerli şirkətlər cəlb edilib





A+  A-

“Keçən il ilə müqayisədə bu il Formula 1 oyunlarının tikintisində yerli şirkətlər daha çox iştirak edib”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Halqası (BŞH)Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer deyib:
“Keçən il Formula 1-in təşkilatçılığına cəlb olunan şirkətlərin 60%-i yerli şirkətlər idisə, bu il cəlb olunan şirkətlərin 80%-i yerli şirkətlərdir. Biz bu tendensiyasını qoruyub saxlayacağıq və ümid edirik ki, gələcək illərdə bu işləri tam olaraq yerli şirkətlər görəcək. Bu da yeni iş yerlərinin açılması, yeni mütəxəssislərin meydana gəlməsi deməkdir. Yerli kadrların yetişdirilməsi, onların lazımi təcrübi bacarıqlara yiyələnməsi üçün də çalışırıq. Bakıda sadəcə Formula 1 yarışları deyil, digər irimiqyaslı yarışlar da keçirilir, o yarışlarda da yerli işçilərin cəlb olunması əsas məsələ olaraq diqqətə alınır”.
O deyib ki, trekin asfalt işləri və baryerlər yerli şirkət tərəfindən həyata keçirilir.
“Bakıda çəkilən asfalt Formula 1 trekləri arasında ən yüksək keyfiyyətə malik asfalt olaraq qiymətləndirilir. Bununla yanaşı “Pit” binasının inşasına 4 yerli şirkət cəlb olunub, onlar birgə bu işi həyata keçirirlər. Tribunaların quraşdırılması da yerli şirkətlər tərəfindən həyata keçirilir. Bütün inşaat işlərində yerli kadrların hazırlanmasına xüsusi önəm yetiririk. Keçən il hazırlanmış kadrlar öyrəndikləri təcrübəni unutmayıblar, olduğu kimi saxlayıblar, bu, Azərbaycanın qazancıdır. Region ölkələrində keçirilən tədbirlərdə azərbaycanlı kadrlar orada asanla çalışa və öz təcrübələrini bölüşə bilərlər”.

Xəbər 2104 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +