Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


26.02.2017  16:20 

Cəbhədəki döyüşlərlə bağlı BƏYANAT





A+  A-

Ermənistan-Azərbaycan Sülh Platformasının qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb.
XəzərNews.az xəbər verir ki, Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilib ki, Ermənistan-Azərbaycan Sülh Platforması 24-25 fevral tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı narahatlığını bildirir, insan itkilərin olması ilə bağlı yayılan məlumatlara görə dərin təəssüf hissi keçirir.

Bəyanatda vurğulanır ki, 25 ildən artıq uzanan münaqişədə sadə xalqın əziyyət çəkməsi, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməməsi, həmçinin, döyüşlərdə hər iki tərəfdən itkilərin olması və onların ailələrinin bu itkilərlə yaşamaq ağrısı Ermənistan-Azərbaycan Sülh Platformasını dərindən üzür: “Baş verənlər münaqişənin dərhal həll olunmasının vacibliyini bir daha sübut edir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, biz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə və hər iki xalqın dialoqu ilə mümkün olduğuna inanırıq. Bu səbəbdən də tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa, itkilərə son qoymağa və beynəlxalq hüquq normaları çərçivəsində münaqişəni tezliklə həll etməyə səsləyirik. Eyni zamanda, münaqişənin həlli istiqamətində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin davam etdirilməsinə və münaqişənin tez bir zamanda həll edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırırıq”.

Xəbər 6011 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +