Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


21.02.2017  22:32 

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək





A+  A-

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva bu gün Azərbaycanın birinci vitse-prezidenti təyin olunub.
Mövcud qanunverciliyə əsasən icraedici orqanda fəaliyyət göstərən şəxslər qanunverici orqanda təmsil oluna bilməzlər. Bu səbəbdən Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcəyi gözlənilir.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı parlamentin hüquq komitəsinin üzvü Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, Mehriban Əliyeva daha yüksək vəzifəyə təyinat alıb və o, bundan sonra fəaliyyətini icraedici orqanda davam etdirəcək.

Onun sözlərinə görə, əvvəllər də belə təcrübələr mövcud olub. Qanunverici orqanda təmsil olunan şəxslər icraediciyə təyinat alanda əvvəlki vəzifələrinə xitam verilir. Bu prosedur MSK-da keçirilən iclasla da protokollaşdırılır:

“Əvvəllər Mehriban Əliyeva bir dairəni təmsil edirdisə, indi bütün Azərbaycanı təmsil etmək hüququna malikdir”.

Qeyd edək ki, Mehriban Əliyeva 4 saylı Xəzər ikinci seçki dairəsindən deputat seçilmişdi.



Xəbər 4533 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +