Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


09.07.2018  10:54 

Güləşçilərimizdən 8 medal





A+  A-

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə yeniyetmələrin Dünya çempionatı keçirilib.
XəzərNews.az xəbər verir ki, çempionatda iştirak edən yığma komandamızın üzvləri ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

İlk olaraq sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda yığmamız məşqçi Vahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıb və 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov isə bürünc medal qazanıb. Məlumat üçün bildirək ki, Turan Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında beş idmançı ilə dünya çempionatına qatılan yeniyetmə qızlarımız çempionatı 1 gümüşmedalla başa vurub. 43 kq-da mübarizə aparan Şahanə Nəzərova yalnız final görüşündə məğlub olaraq çempionatı ikinci sırada tamamlayıb.

Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında 7 güləşçi ilə yarışa qatılan yunan-Roma yığmamız 1 gümüş və 3 bürünc medal qazanıb. Yalnız final görüşündə uduzan Sərxan Məmmədov (110 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.

Xəbər 2914 dəfə oxunub.



10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +