Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


11.05.2017  15:57 

Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq





A+  A-

Azərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov sabah IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.
A.Qasımov deyib ki, Avropa Oyunlarından fərqli olaraq İslamiadanın açılışında muğam ifa etməyəcək.

“Sabah minarəyə çıxıb azan oxuyacağam. Əsas işim bundan ibarət olacaq. Digər yarışlardan fərqli olaraq İslam Oyunlarının açılış mərasimində muğam oxumayacağam.

Adı üstündə İslam Oyunlarıdır, azan oxumaq yerinə düşər. Bu işin mənə həvalə edilməsi sevindiricidir. Mənim üçün xüsusi geyimlər tikilib. Azanı həmin geyimdə oxuyacağam. Hazırda buna hazırlaşıram” - deyə Xalq artisti vurğulayıb.
Qeyd edək ki, Alim Qasımov “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində "Qarabağ" şikəstəsini ifa etmişdi.

(azvision.az)

Xəbər 3224 dəfə oxunub.



10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +