Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi


28.08.2025  15:40 

“Qarabağ” nə qədər qazanacaq?





A+  A-

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.

XəzərNews.az qol.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədilə maddi yardım ayıracaq.

Konkret Azərbaycana gəlincə, Premyer Liqasında yarışan 12 klubdan 11-nin (“Qarabağ” istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.

Məsələsə burasındadır ki, “Qarabağ” ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.

Ağdam klubunun özünə gəlincə, “Qarabağ” təkcə ÇL-in Liqa mərhələsinə düşdüyünə görə, 18 milyon 620 min avronu artıq təmin edib.

UEFA tərəfindən təsnifat mərhələsində iştiraka görə əlavə bonusların ödəniləcəyi də gözlənilir. Liqa mərhələsində isə bir qələbəyə görə 2 milyon 100 min, heç-heçə üçün isə 700 min avro mükafat nəzərdə tutulub.

Xəbər 2068 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +