“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


20.11.2025  12:26 

Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu





A+  A-

Ukraynanın pilotsuz təyyarələri noyabrın 20-nə keçən gecə Ryazan vilayətinə hücum edib.

XəzərNews.az xəbər verir ki, məlumatı regionun qubernatoru Pavel Malkov bildirib.

"Dağıntıların düşməsi nəticəsində müəssisələrdən birinin ərazisində yanğın baş verib. İlkin məlumatlara görə, tələfat yoxdur, maddi ziyan hesablanır", - Malkov Telegram kanalında yazıb.

O, dağıntıların Ryazanın bir neçə rayonuna düşdüyünü qeyd edib və hücumun nəticələrini əks etdirən foto və videoların dərcinə qadağa qoyulduğunu xatırladıb.

Astra və Ukraynanın monitorinq kanallarının məlumatına görə, Mərkəzi Rusiyada ən böyük olan Ryazan Neft Emalı Zavodu (ROR) pilotsuz uçuş aparatları tərəfindən vurulub. Pilotsuz təyyarənin hücumundan sonra müəssisədə yanğın baş verib.

Bu, Ryazan neft emalı zavoduna bir həftə ərzində ikinci, bir ayda ikinci, payızın əvvəlindən isə üçüncü hücumdur. Əvvəllər o, noyabrın 15-də, oktyabrın 23-də və sentyabrın 5-də Ukrayna pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb.

Ryazan Ryazan neft emalı zavodu Rosneft-ə məxsusdur. 2024-cü ildə o, 13,1 milyon ton xam neft emal edib ki, bu da Rusiyanın ümumi neft emalı gücünün 5%-ni təşkil edir. Zavod Moskva vilayətini yanacaqla təmin edir.

Xəbər 1129 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +