Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


21.10.2025  16:01 

Bu idarə 300 min manatlıq dəftərxana ləvazimatı alıb





A+  A-

Bakı Fəvvarələrin İstismarı İdarəsi yeni tenderinə yekun vurub.

XəzərNews.az xəbər verir ki, müsabiqəyə əsasən İdarə dəftərxana və təsərrüfta malları alacaq.

Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi “TEXNOLOG” MMC olub. Şirkətlə 185 min 580 manatlıq müqavilə imzalanıb.

Açıq mənbələr üzərindən aparılan araşdırma nəticəsində məlum olub ki, son 1 ildə Bakı Fəvvarələrin İstismarı İdarəsi dəftərxana və təsərrüfat mallarının satınalınması prosesini ikinci dəfə keçirib. Bundan əvvəl də sözügedən qurum 122 min 456 manatlıq dəftərxana ləvazimatı alıb. Belə ki, ötən ilin noyabrında bu məqsədlə “İNTELLEKT M.A” MMC ilə razılaşma əldə olunub.

Xatırladaq ki, Bakı Fəvvarələrin İstismarı İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Qurumun rəhbəri Qəhrəman Məmmədovdur. O, adı bir çox qalmaqallara qarışmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfael Mehralıyevin ən yaxın adamlarından biri hesab olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər 2593 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +