Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


13.09.2025  23:55 

Əməkdar artistlər Səidə Bəkirqızını tənqid edib





A+  A-

Əməkdar artistlər Elnur Zeynalov və İlkin Əhmədov məcburi köçkünlərlə bağlı qalmaqallı fikirlər səsləndirən aparıcı Səidə Bəkirqızını tənqid edib.

XəzərNews.az xəbər verir ki, E. Zeynalov onun çıxışından video paylaşaraq bunları yazıb:

“Bu xanımı tanıyan var? Nə istəyir ağdamlılardan? Niyə yanıqlıdı bir belə? Fikrimcə, bu cür bölgə söhbətləri edən efir adamları dərhal uzaqlaşdırlmalıdı. 7 min şəhid vermiş ruhlar şəhərindən nə istəyirsiz axı, nədi dərdiniz? Space TV-nin rəhbərliyi hara baxır? Niyə rədd etmirsiz efirdən? Atalar misalı, balıq başdan iylənər. Əziz ağdamlılar, bir olaq, bu şəxs dərhal uzaqlaşdırımalıdı efirdən”.

Sənətçinin postuna İ. Əhmədov şərh yazaraq dəstək çıxıb:

“Ümumilikdə, qaçqın və məcburi köçkünlərlə böyük bir dərdi var bunun. Neçə gündür baxıram və görünən budur ki, adam ancaq qardaşlar arasında ara vurmağa və vətəndaş qarşıdurmasına səbəb olmağa çalışır. Və müəyyən qədər nail olub da! Mütləq ölçü götürülməlidir, ümumiyyətlə bu fikirdə olan və harada işlədiyi bizə məlum olmayanlar barədə! Kim kimin evinə girib, çıxmır, nə bilim nə qanun pozur — bu haqda çox şükür ki, məsuliyyətli və aidiyyəti orqanlarımız var. Və qanuni addım atırlar necə lazımdır. Hüquqi və qanunları olan dövlətdə yaşayırıq. Hansısa bir “jurnalistə”mi qalıb qanun tətbiq etmək və ya ədalət qurmaq?! Və ya 1, 3, 5 nəfər arsız-abırsıza görə Qarabağ kimi böyük bir mahalın insanlarını aşağılamaq, 5-10 nəfər şərəfsizə söydürmək?! Nə istəyirlər biz köçkünlərdən o bəzi ağzıgöyçəklər? Mən və biz bilmək istəyirik şəxsən! Biz qaçqın və məcburi köçkünlər başqa ölkədənmi qaçıb gəlmişik? Niyə bitmir bu murdar ayrı-seçkilik və qarşıdurma?!”. (OLAY)

Xəbər 3628 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +