Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.11.2023  16:30 

Deputat nazirlə görüşmək istəyir: “İki aya 48 məktub almışam“





A+  A-

"Bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır".

Xəzərnews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır. Sahibə xanım, bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kifayət qədər suallarımız var. Biz istəyirik ki, bir neçə deputat əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə ilə görüşək bəzi məsələləri aydınlaşdıraq. İki ay ərzində 48 məktub almışam ki, hamısı bu nazirliklə bağlıdır. Pensiya, ünvanlı sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var".

Spiker Sahibə Qafarova cavab olaraq bildirib ki, komitələrdə bununla bağlı dinləmələr keçirilib.

"Sahil Babayev də bu dinləmələrdə iştirak edib. Nazirliyin özü müxtəlif məsələlərlə bağlı bizdə iştirak ediblər, fəal olublar"./Qaynarinfo


Xəbər 2833 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +