Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.04.2023  11:49 

“Qırmızı Xaç müraciətimizə cavab vermir” - Əsgər anası





A+  A-

Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsəm də, oğlumla bağlı mənə məlumat vermirlər.

XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ermənistanda işgəncələrə məruz qalan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.

"3-4 gündür ki, Qırmızı Xaç Komitəsinə müraciət etmişəm. Cavab vermirlər. Bildirirəm ki, mən oğlumun səsini eşitmək istəyirəm, heç olmasa bir dəfə onunla danışım, ürəyimiz rahat olsun. Oğlumun videolarını görəndən sonra özümə gələ bilmirəm. Mənə oğlumu qaytarsınlar”, - deyə əsir düşən əsgərin anası vurğulayıb.

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Xəbər 2859 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +