Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.04.2023  17:30 

Bu məktəbin direktoru ilə bağlı araşdırma başlanılır





A+  A-

"R.Behbudov adına 2 nömrəli 11 illik Musiqi Məktəbinin direktoru Səadət Eminova Seyfulla qızının qanunsuz hərəkətləri ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq".

XəzərNews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

S.Eminova 2022-ci il sentyabrın 15-də 11 illik Musiqi Məktəbinə direktor vəzifəsinə təyin edilib:

"Uşaq musiqi və incəsənət məktəblərində mühafizəçi ştatı mövcud deyil. 2022/2023-cü tədris ilində nağara sinfinə şagird qəbulu zamanı müraciətin olmaması səbəbindən hazırda məktəbdə nağara sinfi fəaliyyət göstərmir. Eyni zamanda bildiririk ki, direktorun qanunsuz hərəkətləri, o cümlədən müəllimlərin işə gəlməmələrinə şərait yaradılması, habelə maliyyə pozuntuları ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq".

Xatırladaq ki, bəzi valideynlər sosial şəbəkələrdə musiqi məktəbində direktorun vəzifəsindən sui-istifadə etməsi ilə bağlı iddialar səsləndiriblər.

Xəbər 2605 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +