Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır


27.03.2023  11:04 

Tətildən sonra hər yerdə tıxac...





A+  A-

Bu gündən etibarən 9 günlük Novruz tətili başa çatıb. Tətilin ilk iş günü metroda sıxlıq müşahidə olunur.

XəzərNews.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, ilk iş günündə sıxlıq kifayət qədər çoxdur.

O bildirib ki, uzun istirahətdən sonra ilk bir neçə iş günündə işə gecikmələr və digər məsələlərə görə, belə hallar olur. "28 May" stansiyasına qədər qatarlarda vaqon qapılarının saxlanması halları çoxalıb.

"Həmçinin "Nizami-İnşaatçılar" sahəsinin mürəkkəbliyinə görə qatar bir stansiyanı tərk etməmiş, təhlükəsizlik tələblərinə görə həmin istiqamətdə digər stansiyadan qatarın hərəkətə başlamasına yol verilmir və işarəvermə sistemləri ilə tənzimlənir. Əlavə tədbirlər kimi əvvəlcədən bir neçə addım atılmışdı ki, bu gecikmələr yaranarsa, qarşısı mümkün qədər alınsın, intervallarda artmalar çox olmasın. Bu gün metromuzda texniki və insan resursları cəhətdən mümkün nə varsa, edilir", - Bəxtiyar Məmmədov sərnişinlərin narazılığına aydınlıq gətirib.

Xəbər 2466 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +