Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.08.2022  11:40 

Məktəbli qıza seksual zorakılıq edənlər həbs edilib





A+  A-

Bərdədə məktəbli qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər həbs edilib.

XəzərNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Faktla bağlı cinayət işi başlanılıb. Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər.

Xəbər 3188 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +