Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.04.2022  21:46 

Etibarnamə ilə maşın satdı, dələduzluqla qarşılaşdı





A+  A-

İsmayıllı sakini etibarnamə ilə maşın satdıqdan sonra problemlərlə üzləşib. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə edən bir şəxs avtomobilin əsl sahibinin adından saxta sənədlər düzəldib və həmin sənədlərlə vətəndaşları aldadıb.

1 illik etibarnamə ilə maşın satdı. Sonra dələduzluqla qarşılaşdı.

Bu iddia ilə İsmayıllı sakini Şanil Musatafayev çıxış edib. Onun sözlərinə görə avtomobilini Çingiz adlı şəxsə satıb. Həmin şəxs də bir müddət sonra nəqliyyat vasitəsini satmaq qərarına gəlib və bununla bağlı elan saytlarından birində məlumat paylaşıb. Problem də bundan sonra başlayıb.

Şanil Mustafayev iddia edir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin şəklini əldə edən şəxs onun adından istifadə edərək başqalarına qarşı dələduzluz etməyə başlayıb.

Şanil Musatafayev deyir ki, aldadılmış adamlar onun ünvanına gəlirlər.

Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, ərizəsi qəbul olunub. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.



Xəbər 3319 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +