Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.03.2022  10:54 

Bu küçəyə nə taksi gəlir, nə də təcili yardım - Biləcəri





A+  A-

Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir qrup sakini yaşadıqları ərazidə yolun bərbad vəziyyətdə olmasından narazıdır. Deyirlər ki, uzun müdətdir, yolda əsaslı təmir işləri aparılmır. Buna görə də, xüsusilə, yağışlı havalarda vəziyyətləri daha da acınacaqlı olur.

XəzərNews.az xəbər verir ki, söhbət paytaxtın Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6 adlanan ərazisindən gedir. Sakinlər deyirlər ki, yolun bərbad hala düşməsi, onlara problemlər yaradır.

Sakinlərin sözlərinə görə, öz hesablarına küçədə bir neçə dəfə təmir işləri aparasalar da, yağış yağan kimi yol yenidən sıradan çıxır. Yolun bu vəziyyətdə olması sürücüləri də əlavə xərcə salır.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, həmin küçə ilə bağlı aidiyyəti quruma müraciət edilib. Ərazidə dövlət proqramı əsasında təmir işləri aparılacaq.

Həmin videonu təqdim edirik:



Xəbər 3774 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +