Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.02.2022  11:17 

103 milyon ziyan vurdular, 82 min manat cərimə ilə qurtardılar





A+  A-

Bir neçə gün əvvəl Maliyyə Nazirliyi 2021-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyinin aşkar edildiyi açıqlayıb.

Nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində protokollar tərtib edilib və 108 nəfər vəzifəli şəxsə 82 min manat məbləğində cərimələr tətbiq edilməklə dövlət büdcəsinə ödənilməsi təmin olunub.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Oxu.Az-ın sorğusuna əsasən, 103,6 milyon artıq və əsassız ödəniş aşkarlanmasına baxmayaraq, 82 min manat cərimənin tətbiq edilməsi məsələsinə aydınlıq gətirilib.

Bildirilib ki, aşkar edilmiş artıq və əsassız ödənişlər barədə materiallar istintaq orqanlarına göndərildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq istintaq prosedurları və dövlətə vurulmuş ziyanın bərpası istiqamətində tədbirlər həyata keçirilir.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinin təsiri dairəsinə düşən, yəni daha az məbləğdə xətaya yol vermiş şəxslərə münasibətdə isə müvafiq məbləğlərdə cərimələr tətbiq edilir. Bu, Maliyyə Nazirliyinin səlahiyyəti daxilində olduğundan tərəfimizdən tətbiq olunub”, - deyə məlumatda qeyd edilib.

Xəbər 3669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +