Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır


05.01.2022  16:44 

QEYRİ-LEQAL MİLYONÇULAR ÖLKƏSİ...





A+  A-

Dövlət büdcəsini talayıb milyonlara sahiblənən, vəzifədən çıxsalar da, çoxşaxəli sədaqət yaltaqlığı ilə canlarını qurtaranlar, kürsü dadı damaqlarında qalmış ağzıqanlılar xalqın düçar olduğu sosial çətinlikdən öz xeyirləri üçün istifadə edəcəklərinə ümidlənib keflərinə kef qatırlar.

Ey cibgir, büdcəgir və qeyri-leqal milyonçular! Suyu bulandıran kütləvi narazılıqların olacağına ümid edib sevinməyin, qurduğunuz toru ən yaxşı halda başınıza keçirin! Xalqın ehtiyacı təmin olunacaq və niyyətiniz kəllənizdə çatlayacaq.

Niyə də olunmasın?!

Axı sizin kimi qeyri-leqal milyonçu və milyarderləri olan dövlətin başında oturanlar o qədər də sadəlövh deyillər ki, xalqı çörəyə möhtac qoysunlar. Provokativ əməllərinizdən də xəbərdardardırlar.

Birinizi tutub başıaşağı silkələsələr, xalqın illik azuqəsi təmin olunacaq, lap belə, çörəyin qiyməti 1 manata qalxsa da! Lütfən kapriz etməyin, min hoqqadan çıxmayın, problemə çevirmədən xalqın milyon və milyardlarını özünə qaytarın, özünüzü ağıllı sayıb əfv olunmaq şansınızı qaçırmayın!

PS. Öz aramızdır, dünyada Azərbaycan kimi qeyri-leqal milyonçuları olan ölkələrin sayı elə də çox deyil. Sadəcə, qeyri-leqal olduqları üçün pulları gizlədir, milyonları əsl sahiblərinə - xalqa və dövlətə qaytarmaqdan qorxurlar. Hə, zati-möhtərəmlər, qətiyyən qorxmayın və əndişələnməyin! Dövlət sizin qayğınıza qalar və sizi azar-bezar edən qanlı milyonlardan canınızı qurtarar. Beləcə, sosial ədalət, qismən də olsa, bərpa olunar, bahalaşmalardan siz çəkmədiyiniz kimi xalq da çəkməz!

İdris Abbasov
XəzərNews.az


Xəbər 3290 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +