Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.10.2021  15:40 

BŞTİ: ​Qəzalı vəziyyətdə olan məktəb təmir olunacaq - FOTO





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin binasına müvafiq ixtisaslaşdırılmış dövlət qurumu tərəfindən texniki baxış keçirilib və əsaslı araşdırma aparılıb.

XezerNews.az xəbər verir ki, bu barədə BŞTİ-dən Bakupost.az -a verilən məlumata görə, qərara əsasən, məktəbin qəzalı vəziyyətdə olan bir tədris korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

Oktyabrın 14-dən məktəbin bir korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması ilə əlaqədar təhsil müəssisəsinin digər korpusunda dərslər ikinövbəli şəkildə davam edir.

Məlumat verildiyi kimi, əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin bir tədris korpusunu qəzalı vəziyyətə salması səbəbindən müəllim və şagirdlərin təhlükəsizliyi nəzərə alınaraq, rəsmi rəy verilənədək (11-13 oktyabr tarixlərində) məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib.

Qeyd edək ki, normal tədris mühitinin, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.









Xəbər 3355 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +