Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.09.2021  12:41 

Cənub rayonlarının meşələri kütləvi şəkildə məhv edilir, Nazirlik niyə susur?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinin merkantil maraqları fonunda cənub rayonlarının nadir agac növləri ilə zəngin meşələri kütləvi şəkildə məhv edilməkdədir.
XəzərNews xəbər verir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu, Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayında kütləvi qırıntılar qeydə alınıb. Yerli sakinlər bildirir ki, məşhur Babagil ocağından yuxarıdakı meşədə qırıntıları bu gün görüblər.

Meşə təsərrüfatında çalışan və adının gizli qalmasını istəyən mənbəmiz isə AzToday.az-a açıqlamasında deyib ki, Gürdəsər meşəbəyliyinin 7 saylı dolayında qırma sahəsi nəzərdə tutulmayıb. Yəni təqdim etdiyimiz görüntülərdəki qırıntılar tamamilə qanunsuzdur…

Kütləvi qırıntıların qeydə alındığı meşə dolayı Lənkəran – Lerik yolununun bir hissəsini əhatə edir. Bu isə o deməkdir ki, qanunsuz kəsilmiş ağacları daşımaq Ekologiya Nazirliyinin əməkdaşlarına daha rahat başa gəlir…

Kütləvi ağac qırıntılarının görüntülərinin bir hissəsini təqdim edirik:





Xəbər 4386 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +