Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.12.2019  21:37 

AAAF Park yenə qaranlığa qərq oldu - Sakinlər etiraz edir





A+  A-

Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində 12 saatdır ki, elektrik enerjisi verilmir.
XəzərNews.az bildirir ki, sakinlərdən “Qafqazinfo”ya daxil olan şikayətlərə əsasən, ötən ayın əvvəllərindən davam edən problem hələ də həllini tapmayıb. Bu səbəbdən sakinlər kompleksin önünə toplaşaraq etirazlarını bildirirlər. Dünən saat 00:00-dan binaların bəzilərində kəsilən elektrik enerjisi gecə yarısı qısa müddətlik bərpa edilsə də, bu gün səhər saatlarından işıqlar yenidən sönüb. Sakinlərin sözlərinə görə, binalara istilik və qaz verilmədiyindən evlərdə yaşayış mümkün deyil. Bu problemin hər il təkrar olunduğu bildirilib.

Sakinlər bildirirlər ki, şirkət problemə səbəb kimi əhalinin borcu yarandığını göstərsə də, məsələnin kökündə istilik sisteminin işləməməsi və binaların qazlaşdırılmaması səbəbindən elektrik xətlərində yaranan yüklənmə dayanır.

Xatırladaq ki, ötən ay AAAF Park Yaşayış Kompleksindən verilən açıqlamada elektrik enerjisinin fasiləsiz təminatı üçün “Azərenerji” ASC-yə təhvil-təslim prosesi getdiyini və problemin noyabrın sonunadək həll olunacağı vəd edilmişdi.

Xəbər 5281 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +