Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.01.2018  11:19 

“Bakıda yaşasaq da, elə bil ucqar kənddəyik...”





A+  A-

Suraxanı rayonu, 3-cü mədən Atamoğlan Rzayev küçəsinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müraciət edən sakinlər bildirib ki, hər il qış fəsli gələndə küçəni palçıq əlindən keçmək olmur:

“İllərdir ki, Suraxanı İcra Hakimiyyətinə problem barədə müraciət etmişik. Bir sıra evlərin qarşısındakı yol artıq keçilməz vəziyyətdə olduğu üçün bağlanıb. Paytaxt rayonunda yaşasaq da, elə bil ki hansısa ucqar dağ kəndində yaşayırıq.

Küçəmizə asfalt çəkmirlər. Vaxtilə imkanı olan ailələr pul toplayaraq küçəyə xır tökdürüblər. İndi həmin xır da çöküb. İcra hakimiyyəti müraciətlərimizə illərdir etinasız yanaşır. Heç küçənin kanalizasiya sistemi yoxdur. Kimin imkanı varsa o özünə şəxsi vəsaiti hesabına kanalizasiya sistemi çəkdirib”.

Xəbər 5009 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +