Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.11.2017  09:48 

Metroda problem - Bu stansiya bağlandı





A+  A-

Bakı metropoliteinin Həzi Aslanov stansiyasında problem yaranıb.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 15 dəqiqədən artıqdır ki, qatarların hərəkəti dayanıb. Stansiyalarda sərnişinlərin böyük növbəsi yaranıb.

Metropoliuteinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında problemin yarandığını təsdiq edib: “Hazırda bununla bağlı iş aparılır. Problem aradan qaldırılıb. Texniki nasazlığın nədən qaynaqlandığı araşdırılır”.

Nəsimi Paşayev qeyd edib ki, problem Həzi Aslanov-İçərişəhər istiqamətində olub:

“Həzi Aslanov stansiyasında təxminən 20 dəqiqə hərəkət olmayıb. Sözügedən stansiyada gərginlik yox idi, nasaz qatarı xətdən çıxarmağa çalışırdıq.

Sərnişinləri daşımaq üçün “Əhmədli” və “Neftçilər” stansiyasında digər xəttə qatar göndərdik. Bu müddətdə təxminən 6-7 dəqiqə interval yarandı.On dəqiqə sonra intervalı iki dəqiqəylə bərpa elədik. İyirmi dəqiqə sonra isə Həzi Aslanovda hərəkət qaydasına düşüb. Hazırda xətdə heç bir problem yoxdur, bir az sərnişin sıxlığı var. O da pik saatlara görədir”.

Xəbər 5005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +