Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.07.2017  15:52 

3 uşaq anası başqa kişiylə qaçdı - Nənə nəvələrini küçəyə atdı





A+  A-

Bakıda 3 uşaq anası ailəsini ataraq başqa kişiyə qoşulub qaçıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Xəyalə Kərimova iyulun 1-də ailəsindən ayrılıb. Gəlin qaçdıqdan sonra uşaqların nənəsi nəvələrini küçəyə atıb.

Uşaqlar Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər.

Ən maraqlısı isə odur ki, uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.

Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır.

Koordinatorun sözlərinə görə, həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Xəbər 3800 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +