Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


06.11.2025  15:35 

“Qarabağ”ın yarımmüdafiəçisində sınıq aşkarlandı





A+  A-

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin durumuna aydınlıq gəlib.

XəzərNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi oyundan dərhal sonra “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, 20 nömrəli formanı tərlədən futbolçunun müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qyrban Qurbanov oyundan sonraı mətbuat konfransında Kadi Borgesin zədəsinin ciddi ola biləcəyi ilə bağlı narahatlığını dilə gətirmişdi:

“Hazırda nəsə deyə bilmirəm. Sabah onun vəziyyətini daha dəqiq öyrənəcəyik. Lakin düşünürəm ki, zədəsi ciddi ola bilər. Deyəsən, ayağındakı sümüklərdən birində sınıq yaranıb. İnanırıq ki, Kadinin zədəsi yüngül olacaq”.

Xəbər 1433 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +