Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi


23.07.2025  14:04 

Özcan Denizin bütün əmlakına həbs qoyuldu





A+  A-

Məşhur sənətçi Özcan Deniz, 22 il boyunca menecerliyini edən qardaşı Ercan Deniz ilə yaşadığı gərginlikdən sonra həm hüquqi, həm də iqtisadi baxımdan çətin bir dövrə qədəm qoyub.

XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir vaxtlar birlikdə çalışan və səhnə arxasında çiyin-çiyinə dayanan iki qardaşın münasibətləri son illərdə tamamilə pozulub. Ticarət ortaqlıqlarının sona çatmasından sonra başlayan anlaşılmazlıqlar, mülk məsələsi və təhdid xarakterli ifadələr səbəbilə məhkəməyə çıxarılıb.

Hadisələrin ictimaiyyətə sızması ailədaxili bu böhranı daha geniş auditoriyanın diqqətinə gətirib. İddialara əsasən, Ercan Deniz bankdan aldığı böyük məbləğdə krediti ödəmədiyi üçün, banklar ipoteka qoyulmuş əmlaklara yönəlmək əvəzinə, birbaşa olaraq zamin olan Özcan Denizin şəxsi gəlirinə və mülklərinə qarşı icra tədbirləri görüblər.

Özcan Denizin hüquqşünasları, əmlaklarına qoyulan həbs qərarına qarşı məhkəmə orqanlarına rəsmi şəkildə etiraz ediblər. Hüquqi proses davam edərkən, sənətçinin yaşadığı bu maliyyə çətinliyinin onun həm karyerasına, həm də psixoloji durumuna mənfi təsir etdiyi bildirilir.

Xəbər 2234 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +