Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.10.2024  20:01 

Keçmiş direktorla nazirlik arasındakı məhkəmə çəkişməsi davam edir





A+  A-

Bakı Atıcılıq Mərkəzinin keçmiş direktoru Bəyəli Hacıyevlə Gənclər və İdman Nazirliyi arasında məhkəmə çəkişməsi davam edir.

Xəzərnews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tərəflər arasındakı mübahisə bu dəfə Ali Məhkəmədə araşdırılacaq. Zaur Əliyev iş üzrə hakim təyin edilib.

Bəyəli Hacıyev bir neçə il əvvəl işdən çıxarılıb. O, rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsində Gənclər və İdman Nazirliyinə qarşı iddia qaldırıb.

Lakin onun iddiası təmin edilməyib. Bəyəli Hacıyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bəyəli Hacıyev isə hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti verib.



Xəbər 8473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +