Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


01.12.2020  10:56 

“Paşinyan bəyanatı imzalayıb və heç kim bunu dəyişdirməyəcək”





A+  A-

Erməni tarixçi və diplomat, keçmiş Ermənistan prezidentinin baş məsləhətçisi Jirayr Liparityan “BBC” telekanalına müsahibəsində 9 noyabrda imzalanan üçtərəfli atəşkəs bəyanatına dair sualları cavablandırıb.
XəzərNews.az xəbər verir ki, Liparityan müsahibəsində sözügedən bəyanatla Qarabağın status məsələsinin birdəfəlik bağlandığını bildirib.

“Bu bəyanat iki cür şərh oluna bilər. Biri bədbin və böyük ehtimalla doğru olandır. Ancaq o qədər bədbindir ki, insanların bunu qəbul etməsi çətin olacaq. Deməli, atəşkəs bəyanatı əslində Qarabağ məsələsini tamamilə bağlayır. Bu, birbaşa deyilməsə də, bəyanat Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır. Ermənistanın baş naziri Paşinyan bunu imzalayıb və heç kim bunu dəyişdirməyəcək”, - deyə Liparityan qeyd edib.

Liparityan Rusiya Prezidenti Vladimir Putinin və dünya liderlərinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını qeyd edib.

“Prezident Putin və digər dünya liderləri Qarabağın statusunun təyin olunmadığını deyəndə, bu, Qarabağın müstəqilliyinin mümkün olduğu anlamına gəlmir. Onlar artıq bunun mümkün olmadığını - Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyiblər. Bunu çox açıq şəkildə bildiriblər.

Keçmişdə isə rus diplomatlar Qarabağı Azərbaycanın bir hissəsi kimi nəzərdə tutmayan bircə layihəni belə dəstəkləmirdilər. Etdikləri tək şey status məsələsini təxirə salmağa razılıq vermək idi.

9 noyabr bəyanatı açıq şəkildə göstərir ki, “müstəqil Qarabağ arasında və ya Azərbaycan daxilində” seçimindən söhbət gedə bilməz. Bu seçim artıq mövcud deyil”,- deyə Liparityan əlavə edib.

Xəbər 3033 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +