Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


20.04.2023  11:33 

Deputatın dayısı cinayətdə ittiham olunur - Azərbaycanda





A+  A-

İş xanımı Elnarə Bəkirova atası Kamran Bəkirovun qətli ilə bağlı müraciət edib.

Elnarə bu barədə instaqramda canlı yayım bildirib. O, istintaqın gedişi ilə bağlı bunları deyib:

“Atam aprelin 6-da dostu ilə iş görüşməsinə gedib və oğurlanaraq qətlə yetirilib. Bunu edənlərin qanun qarşısında cavab verməsi üçün əlimdən gələni edəcəyəm. Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Baş Prokurorluqdan məsələni öz üzərinə götürməsini xahiş edirəm. Hisslərimi cilovlaya bilmirəm. Atam övladlarımıza babalıq yox, atalıq edib. Atamın qətlində təqsirli bilinən şəxsin yaxınlarının vəzifəli şəxs olduğunu öyrənmişən. Ölkədə bir insan oğurluğu baş verib və qətllə nəticələnib. Amansız şəkildə qarnına, ayağına daş bağlayıb quyuya atıblar. Ailəmiz buna dözə bilmir. Bunu törətməkdə təqsirli bilinənlərin ailəsindən heç kim gəlib bizə üzürxahlıq etmədi.

Atamla dünyasını dəyişməzdən bir gün əvvəl danışdım, dedi ki, qorxma böyük adamlardır, pulu göstərəcəm, iş görəcəyik. Dövlətimə güvənirəm. İnanıram ki, cinayəti törədənlər lazımi cəzanı alacaqlar.

Atamın ölüm xəbərini saytlardan öyrəndim. Atamın üst geyimini tapa bilmirəm. Zəng edib morqdan özüm soruşuram. Öyrənmişəm ki, cinayəti törətməkdə təqsirli bilinənlərdən biri deputatın dayısı, digəri isə başqa dayısının kürəkənidir. Ən azından gəlib, üzrxahlıq edərdilər. Etmədilər…

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov atamın cəsədinin tapılmasında bizə çox yardım etdi. Tapılmaya da bilərdi, quyuya atılmışdı və hadisəni törətməkdə təqsirli bilinənlər bilet almışdı, ölkədən gedəcəkdi, amma yaxalandılar.

Aprelin 6-dan bu hadisə olub, vəkilimə belə məlumat verilmir. Biz onlardan bir kəlmə belə soruşa bilmirik. Bəlkə də istintaq bu cür davam edir, olsun. Əminəm ki, günahkarlar layiqli cəzanı alacaqlar”. (Lent.az)

Xəbər 2810 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +