Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


13.03.2023  12:26 

“Azərsu” rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayırlar?!





A+  A-

“Azərsu ASC”nin sədr müavini Etibar Məmmədov içməli suyun əhaliyə maya dəyərindən aşağı satıldığını deyib. Bunlar rəsmən camaatı dolayıblar, Etibar müəllim, suyun maya dəyərini necə hesablayırsız?”

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

O, bildirib ki, cəmi 2 il əvvəl suyun qiymətini birdən-birə 2 dəfə artırdılar: “Yenə gözünüz doymadı?! Rentabelli işləmək üçün qiymət artırmaq ən sonuncu yoldur, iqtisadiyyat elmi deyir ki, maya dəyərini aşağı salmaq üçün ilk növbədə xərcləri azaltmaq lazımdır.

Yəni, məhz məmurların oğurladığı pullar, xərcləri şişirtməsi maya dəyərini artıran əsas amildir.

Yaxşı, gəlin belə bir eksperiment edək, jurnalistlərdən ibarət bir qrup “Azərsu ASC”-nin bütün rəhbərlərinin evlərini, bağlarını, sürdüyü maşınları çəksin, sonra da siz hamınız çıxın izah edin ki, rentabelsiz işləyən “Azərsu” rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayırlar?! Yaxşı, ziyanla işləyirsinizsə, nədən bu qədər varlısınız?!

İnsanı əsəbləşdirən daha bir məqam odur ki, bu məmur tayfası qiymət artırmaq istəyəndə inkişaf etmiş ölkələrə istinad edirlər, amma maaş-təqaüdə gələndə Afrikanı misal gətirirlər. İnkişaf etmiş ölkələrdə dövlət inhisarçı şirkətlər, onları korrupsioner idarəedənlər olmur, maya dəyərini də şəffaf hesablayırlar, insanlar da normal maaş-təqaüd alırlar.

Ölkədəki bərbad iqtisadi idarəetmə modelinin bədəlini qiymət artımları ilə camaat ödəyir, insanlar sual vermir, sorğulamır, etiraz etmir, ona görə də qiymət artımı tüğyan edir. Nə zaman ki, camaat vətəndaşa-seçiciyə çevriləcək, o zaman da məmurlar normal işləməyə başlayacaqlar – başqa yol, sadəcə, yoxdur...”



Xəbər 2456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +