Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


09.12.2022  10:35 

“Vətəndaş cəmiyyəti: yeni çağırışlar” adlı görüş keçirilib - Fotolar





A+  A-

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin ofisində 2022-ci il üzrə Qrant müsabiqələrində qalib olan və mediada təmsil olunan bir qrup QHT rəhbərləri ilə “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” adlı görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, əvvəlcə Agentliyin məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini Agentliyin yeni binası ilə tanış edib və fəaliyyət barədə məlumat veriblər.

Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, bu gün qlobal dünyada media dövlətlərin müdafiə və nəzarət mexanizmi kimi çıxış edir. Bu baxımdan, bu gün təşkil edilən görüş QHT-lərin fəaliyyətinin işıqlandırılması üçün media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin verilməsinə və bu istiqamətdə müxtəlif fəaliyyətlərin icrasına təkan verəcək.

Media-QHT əməkdaşlığının inkişafı məsələlərinə toxunan A.Əliyeva bildirib ki, bu əməkdaşlığın uğurlu olması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı baxımından çox önəmlidir. Təsadüfi deyil ki, Agentliyin 2022-ci ildə kiçik qrant müsabiqəsi çərçivəsində dəstək verdiyi layihələr içərisində media sahəsində maarifləndirmə işlərinin görülməsi məsələsi də yer alıb və QHT- lər tərəfindən bu layihələr uğurla icra edilib.

Daha sonra Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı Agentliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Sonra görüş “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” mövzusu ətrafında qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı təkliflər səsləndirilib.













Xəbər 2554 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +