Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


23.03.2021  11:09 

Nəcməddin Sadıkovun videosu gündəm oldu





A+  A-

Ötən gündən etibarən sosial şəbəkələrin Azərbaycan seqmentinin gündəmində Müdafiə Nazirliyinin sabiq Qərargah rəisi Nəcməddin Sadıkovdur.
XəzərNews.az xəbər verir ki, müdafiə nazirinin sabiq müavininin olduğu iddia edilən video ən çox paylaşılanlar sırasındadır.

Hansı tarixdə çəkildiyi bilinməyən videoda general-polkovnikin Dubayda istirahət etdiyi, dəniz kənarında günəşləndiyi görünür. 64 yaşlı generalın bu davranışı birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Belə ki, Vətən müharibəsində heç bir payı olmayan Sadıkovun belə həssas məqamda, xüsusən, hələ də hospitallarda qazilərin müalicə aldığı bir vaxtda xaricə üz tutması, özünə günə verməsi tənqid olunub.

Videoya zarafatla yanaşanlar da olub, buna əsəbi reaksiya verənlər də. Sadıkovu qınayanların ən çox müzakirə etdiyi məsələ isə generalın Qərargah rəisi olduğu halda Vətən müharibəsində heç bir payı olmaması və bu səbəbdən təltif edilməməsidir.

Məsələ burasındadır ki, hələ müharibənin gedişində Sadıkovun vəzifədən uzaqlaşdırılmasına dair xəbərlər yayılmışdı, onun adı MN-in rəsmi saytından belə yığışdırılmışdı. Bu xəbər isə yalnız müharibədən sonra təsdiqini tapdı. 44 günlük Vətən müharibəsindən sonra aydın oldu ki, Sadıkov ehtiyata buraxılıb. Bu durumda bir çoxları Sadıkovun bu şəkildə gedişini səbəbsiz hesab etmir. Böyük əksəriyyət düşünür ki, Sadıkov indi Dubayda yox, sorğu-sual qarşısında olmalıydı...

Onu da qeyd edək ki, Sadıkovun Dubayda istirahəti ilə bağlı bir sıra "caps"lar da düzəldilib. Bu maraqlı "caps"ların birində isə Vətən müharibəsində generaldan fərqli olaraq, qəhrəmanlığı ilə yadda qalan Topçu Vüsal da yer alıb. İlk baxışdan generalla əsgərin duruşu, baxışı eyni görünsə də, təbii ki, şəkillərin çəkildiyi yer və şərait bir-birindən çox fərqlidir. Əslində, "caps"lar altyazı ilə təqdim olunur. Amma bu fotoda alt yazıya ehtiyac duyulmayıb. Çünki şəkil özü danışır...



Xəbər 2627 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +