“Qarabağ” Bakıya qayıdıb
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub
“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”


08.08.2025  10:50 

Prezidentin həbsi üçün mükafat 50 milyon dollara qaldırıldı





A+  A-

Vaşinqton Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumat üçün mükafatın məbləğini 50 milyon dollara qədər artırıb.

XəzərNews.az xəbər verir ki, bu barədə müvafiq bəyanatı avqustun 7-də ABŞ-nin baş prokuroru Pam Bondi “X” sosial şəbəkə hesabında dərc edib.

“Bu gün Ədliyyə Nazirliyi və Dövlət Departamenti Nikolas Maduronun həbsinə aparan məlumatlara görə 50 milyon dollar mükafat təklif edir”, - Bondi yazıb.

ABŞ baş prokuroru yaydığı videoda Venesuela prezidentinin ABŞ-ni narkotiklərlə təmin etmək üçün beynəlxalq terror təşkilatlarından istifadə etdiyini iddia edib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Maduro dünyanın ən böyük narkotik tacirlərindən biridir və iddialara görə ABŞ üçün milli təhlükəsizliyə təhdid yaradır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın prezident kimi ilk müddətində, 2020-ci ilin martında ABŞ Maduro və bir sıra digər hökumət rəsmilərini narkotik terrorizmi ittihamı ilə ittiham edib və Venesuela prezidentinin mühakimə olunmasına və ya həbs edilməsinə səbəb olan məlumatlara görə 15 milyon dollar mükafat təklif edib.

Prezident Co Baydenin rəhbərlik etdiyi ABŞ-nin əvvəlki administrasiyası ötən il iyulun 28-də Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrini tanımayıb və onun rəqibi, müxalifət lideri Edmundo Qonsalesi Venesuelanın seçilmiş prezidenti elan edib.

Maduro yanvarın 10-da vəzifəyə başlamazdan əvvəl Bayden Qonsaleslə görüşüb, onu seçilmiş dövlət başçısı elan edib və Maduronun həbsinə aparan məlumatın mükafatını 25 milyon dollara çatdırıb.

Xəbər 366 dəfə oxunub.



17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ


BÜTÜN XƏBƏRLƏR +