Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


10.10.2023  17:12 

Sosial şəbəkədə cütlüklər ailələrini dağıdırlar -Nadir Qafarzadə





A+  A-

“3 ay əvvəl bir cütlüyün məclisində iştirak etməklə bağlı dəvət gəldi. Sonra da toy sahibləri zəng vurub xəbər verdilər ki, toy olmayacaq, ailəmizdə rəhmətə gedən var. Bunlarda da belə səbəb gətirmək adət halını alıb. Demə, rəhmətə gedən yox imiş. Mənə sonradan xəbəb gəldi ki, bəy və gəlin “TikTok”da dalaşıb və nişanı geri qaytarıblar. Yəni cütlük orada tanış olub, orada da dalaşıb ayrılıblar”.

Xəzərnews.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “İncə səhər” əyləncəli-musiqili verilişdə deyib.

Sənətçi son günlər cəmiyyətin aktual məsələsi olan boşanmalardan söz açıb:

“Sosial şəbəkədə cütlüklər ailələrini dağıdırlar. Belə kiçik məsələlərə görə ailəni necə dağıtmaq olar? Mənə bu cür şeylər çatmır. Mən həyat yoldaşım Sevinc xanımla “TikTok”da tanış olmamışam. Hələ ki hər şey qaydasındadır. Olur da, hamının problemi olur. Bir də görürsən ki, dözülməz olur, kaprizlər olur. Bu ailədir! “TikTok”, “Instagram” deyil!

Əgər övladlar varsa, ikinci arxasıyca üçüncü məsuliyyət gəlir. Çünki hər övlad bir məsuliyyətdir. Sən artıq özünə yox, övladlarına məxsussan. Artıq bütün həyatını övladlarına həsr etməlisən. Çünki övladlar sənə dəvətnamə verməyib ki, məni dünyaya gətir. Ortada əziyyəti övladlar çəkir. “TikTok”da evlənib, “TikTok”da boşanacaqsınızsa, ümumiyyətlə evlənməyin. Deməli, siz ailə qurmağa hazır deyilsiniz”.

Müğənni ailələrin dağılmasında serialların da günahının olduğunu vurğulayıb:

“Seriallara baxıb boşananlar var. Arvad ərinə deyir ki, seriallardakı kimi sən mənə səhər-səhər “aşkım” demədin. Sən niyə demədin? Mən atamın evinə getdim”.

Xəbər 3069 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +