Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


14.02.2022  17:17 

“Mən yatırdım, o isə pulları sayırdı“ - Mənzurə keçmiş ərindən danışdı





A+  A-

Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşı barədə açıqlamalar verib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb. İfaçının sözlərinə görə, əldə etdiyi qazancından bir qədər xərcləyəndə eks-əri ona acıqlanırdı:

“Toydan sonra yorğun gəlir, qazandığım pulu tökürdüm masanın üstünə. Mən yatırdım, o isə pulları sayırdı. Evdə nə qədər pulun olduğunu bilmirdim. Desəydi ki, min manat pul var, biləcəkdim ki, mindir. Bəlkə də, iki mindir, mini qoyacaqdı cibinə. Çox sadəlövh idim. Onun üstündən beş manat xərcləyirdim. Deyirdi ki, beş manatı nə etmisən? Hələ bir dəfə limon yemişdim. Dedi ki, limonun biri hanı? Halbuki mənim pulumla alınmışdı. Mənim həyatım faciədir”.

Musayevanın sözlərinə görə, eks-həyat yoldaşı evdəki düyü, şəkər tozunun miqdarını ölçür, qeydlər aparırmış: “Mən isə bilmirdim. O vaxt vəziyyət bir az pis idi, qonşunun uşaqlarına pesok, düyü verirdim. Bir dəfə gəlib görüb ki, düyü azalıb, evdə isə həmin gün düyü bişməyib. Dedim ki, qonşunun uşaqlarına vermişəm. Hirslənirdi. Başıma gələn heç kimin başına gəlməsin. Biri var ki, qazanmayasan, kişinin gətirdiyinə baxasan, biri də var ki, qazanasan, o qazandığına danışsınlar. Axı belə insan olmaz”.

O, bütün bunlara baxmayaraq, nikahının 7 il davam etməsini belə izah edib: “O vaxt müğənnilərə pis baxırdılar. Deyirdim ki, yoldaşımdan ayrılaram, adıma pis söz gələr”.

Xəbər 2139 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +