Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


12.10.2021  17:07 

Mənzurə ilə Əlikram toy üstündə dalaşıb





A+  A-

Müğənni Mənzurə Musayeva ilə Əlikram Bayramov toy üstündə dalaşıb.

XəzərNews Axşam.aza istinadən xəbər verir ki, bu haqda Əlikram "Onun sirri" verilişində deyib. O bildirib ki, günah onda olub:

"Mənzurə Musyaeva ilə aramızın dəyməsinə günahkarı mənəm. Mən dotuma inanmamalıydım. Apreldən bu yana küsmüşük. O gündən danışmamışıq, söhbətimiz olmayıb. Apreldə pandemiya dövrü idi. Rusiyada tədbirlər gedirdi. Bir çox sənət dostu getdi orada oxudu. Mənzurəyə Kazandan təklif gəldi, o da mənimlə getməyi təklif etdi. Razılaşdım, ardından başqa bir dostum zəng vurdu ki, bir gedək. Mənzurə xanımın planı qaldı bir kənarda. Həmin adam dedi ki, gəl, sonra Mənzurəyə deyərik. Getdik, gördüm o qədər pul yoxdur, iş vermir. Mənzurəyə demədim. Sonra özü gəldi, hər şeyi yıxdılar mənim üstümə. Qəlbi məndən küsüb. Dost idik, ona deməli idim. Sonra da mənə onun dilindən sözlər dedilər. Məni qızışdırdılar ki, sənin haqqında nələrsə deyib. Mən də əsəbləşdim, özümə hakim olmadım. Danışdım, sonra peşman oldum. Xanım idi, bəlkə heç elə deməmişdi".

Daha sonra studiyaya gələn Mənzurə kövrəlib və "Sən məni tapdalayıb ora getməməli idin. Bir xanım olaraq qəlbim sınmışdı. Etiraf etdiyi üçün onu bağışlayıram. Mənim telefon danışıqlarımı ona, onun səsini mənə atırdılar. Düşünürdüm ki, Əlikram deyəcək, birlikdə gedək. Bir də gördüm həmin adam mənə yazdı ki, Əlikram buradadır" sözlərini söyləyib.

Xəbər 2292 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +